Çakır “Kurtlar Vadisi” serialına geri dönür?

MƏDƏNİYYƏT
10:32 / 03.11.2021
2324

Oktay Kaynarca  yenidən çəkiləcək "Kurtlar Vadisi” serialına geri dönə bilər.

HİT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oktay Kaynarcanın ekranlara yenidən qayıdacağı iddia olunan "Kurtlar Vadisi” serialında rol alacağı deyilib. 

Daha sonra onun pərəstişkarları Twitter-də "Çakır yenidən Kurtlar vadisinə geri dönsün” haştağıyla paylaşımlar edib.  

Qeyd edək ki, Oktay Kaynarca bir neçə gün öncə sosial şəbəkə hesabından "Eşkiya dünyaya hökmdar olmaz” serialının bitdiyini açıqlayıb.

0