Bakı Uşaq və Gənclər Teatrı fevralda uşaqların görüşünə bu tamaşalarla gəlir - FOTO

MƏDƏNİYYƏT
11:07 / 01.02.2022
1344

Bakı Uşaq və Gənclər Teatrı fevral ayının repertuarını açıqlayıb.

Teatrdan HİT.az-a verilən məlumata görə, kollektiv bu ay uşaqların görüşünə 4 tamaşa ilə gələcək. Həmin tamaşalar bunlardır - “Göyçək Fatma”, “Fidan və qoğal”, “Qarınqulu ayı” və “Cənnətə bilet”. Tamaşalar saat 12:00-da başlayacaq.
 
Tamaşaların üçü teatrın direktoru İntiqam Soltanın, “Cənnətə bilet” isə İlhamə Əhmədovanın quruluşu əsasında hazırlanıb.

0