Bu gündən etibarən “CinemaPlus”da nümayiş olunacaq məşhur filmlərin siyahısı

MƏDƏNİYYƏT
12:42 / 10.02.2022
1582
Fevralın 10-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunan məşhur filmlərin siyahısı
 
Aqata Kristinin Puaronun sərgüzəştlərindən bəhs edən eyniadlı kitabı əsasında çəkilən cinayət detektivi "Nildə ölüm"
 
"CinemaPlus" kinoteatrlar şəbəkəsində fevralın 10-dan Aqata Kristinin Puaronun sərgüzəştlərindən bəhs edən eyniadlı kitabı əsasında şəkilən ABŞ istehsalı olan "Nildə ölüm" kriminal detektivi başlayır.
 
Filmin büdcəsi 7.920.000 dollardır.
 
Baş rollarda Qal Qadot, Armi Xammer və Rouz Lesli.
 
Filmin rejissoru Kennet Brana. Müddəti 140 dəqiqə. Yaş həddi 16+
 
Film haqqında qısa məlumat: Kennet Brana yenidən məşhur detektiv Herkul Puaroya çevrilir, Aqata Kristinin belçikalı bir detektivin macəralarından bəhs edən başqa bir şah əsərini çəkir. Bu dəfə, öz tətilini unudub müəmmalı qətli araşdırmaq ehtiyacı, Nil boyunca lüks kruiz gəmisində istirahət edən Puaroya çatır.

 
"Ançarted: Xəritələrdə mövcud deyil" macəralı döyüş filmi
 
"CinemaPlus" kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan "Xəritələrdə mövcud deyil" macəralı döyüş filmin nümayişi başlayır.
 
Filmin rejissoru Ruben Fləyşer.
 
Baş rollarda Tom Holland, Mark Uolber, Sofiya Ali və Antonio Banderas..
 
Müddəti 130 dəqiqə. Yaş həddi 12+
 
Film haqqında qısa məlumat: İki rəqib - Neytan Dreyk və Viktor "Salli" Sallivanın mütəffiqlərə çevrilib dünyanın ən böyük xəzinəsini tapmaq üçün axtarışa başlayırlar. Onlar birlikdə tarixin ən böyük sirlərindən birini açacaqlar. Film bütün zamanların ən çox satılan və bəyənilən kompüter oyunlarından birinə əsaslanır.
 
 
 
"Mənimlə evlən" komediya melodramı
 
"CinemaPlus" kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan "Mənimlə evlən" komediya melodramın nümayişinə başlayır.
 
Filmin rejissoru Ket Koyro.
 
Baş rollarda Cennifer Lopes, Ouen Uilson və Maluma.
 
Müddəti 125 dəqiqə. Yaş həddi 12+
 
Film haqqında qısa məlumat: Məşhur müğənni toydan əvvəl nişanlısının onu aldatdığını öyrənir. Tam çaşqınlıq içində, elə çıxışı zamanı o, ilk gördüyü kişidən, riyaziyyat müəllimindən onunla evlənməsini xahiş edir.
 
 
 
"Terrakota keşikçiləri" animasiya filmi
 
"CinemaPlus" kinoteatrlar şəbəkəsində Çin istehsalı olan "Terrakota keşikçiləri" animasiya filminin nümayişinə başlayır.
 
Filmin rejissorları Din Lyan və Lin Yunçan.
 
Baş rollarda Tan Syao.
 
Müddəti 120 dəqiqə. Yaş həddi 6+
 
Film haqqında qısa məlumat: Sehrli Terrakotanın keşikçiləri və Oniksin sehrli varlıqları uzun əsrlərdir ki, yeraltı dünyasında bir-biri ilə müharibə aparırlar. Gənc Maqnus terrakota döyüşçüsü olmaq arzusundadır və bunun üçün Onikslərdən birini tutmalıdır. Maqnus sirli məxluqun axtarışına çıxır və Oniksi də axtaran gənc qız Ceyd ilə tanış olur. Qəhrəmanlar bir birilərinə aşiq olur və bədheybətlər işğalının əsl səbəbini tapmaq üçün birləşirlər...
 
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
 
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
 
 
 
əldə edə bilərsiniz.
 
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
0