Xanımı Yaşar Nurinin əşyalarını muzeyə verdi - FOTO

MƏDƏNİYYƏT
21:03 / 12.02.2022
1705

Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları xanımı tərəfindən Milli Tarix Muzeyinə bağışlanıb. 

HİT.az xəbər verir ki, bu barədə məşhur aktyorun xanımı Rəhimə Nuriyeva məlumat verib. 

O, muzey əməkdaşlarının evə baxış keçirdiyini, sənətkara məxsus şəxsi əşyaları onlara hədiyyə verdiyini qeyd edib: "Qoy tarix yaşasın. Tarix təkcə mənə deyil, Azərbaycana aiddir”.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ildə Bakıda vəfat edib.  

0