Xalq artisti Əlibaba Məmmədov vəfat edib.
HİT.az xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.