Xurşidbanu Natavanın adı dünyanın ən tanınmış qadınları arasında (FOTO)

MƏDƏNİYYƏT
11:20 / 16.03.2022
1314

Bu günlərdə Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Babeş-Bolyay Universiteti maraqlı təşəbbüslə çıxış edib. 

Universitetin nəzdində fəaliyyət göstərən elmi araşdırma institutları və mədəniyyət mərkəzlərinin birgə səyi nəticəsində Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın tanınmış alim, şair, yazıçı, idmançı qadınları haqqında “Qadın portreti” adlı toplu hazırlanıb. 

Hit.Az-ın verdiyi xəbərə görə, topluda Qarabağ xanı Mehdiqulu xanın qızı, məşhur şairə Xurşidbanu Natavan haqqında da məlumat yer alıb. 
Babeş-Bolyay Universitetinin Türkologiya İnstitutunun təşəbbüsü ilə topluya daxil edilən şairə haqqında institutun elmi katibi, t.f.d. Adina Fodor məruzə edib. 

Qurumdan verilən xəbərə görə, “Nobel”çi alimlər, yazıçılar, dünya rekordlarına imza atmış çempion qadınlarla bir sırada məhz şahzadə Natavanın bu topluya daxil edilməsi Qarabağın işğaldan azad olunmasına sevinən rumın dostların Qarabağ mədəniyyətini, tarixini tanıtmaq yolunda növbəti addımıdır.

0