SƏNƏT
20:55 / 12.05.2022
233

Opera və Balet Teatrında “Madam Batterflyay“

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcək.

Teatrdan HİT.az-a verilən xəbərə görə, əsas partiyanı – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarstanın Əməkdar artisti, Tatarıstan Respublikasının Q.Tukay adına Dövlət mükafatı və vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatina dəvət edilib.

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Azər Zadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) və b. çıxış edəcəklər.

Opera tamaşasını Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

0