SƏNƏT
14:27 / 30.05.2022
1089

Bakıda müəllim Urfan Cəfərovun “Azərbaycan inciləri” adlı vokal sinfinin konserti baş tutdu - FOTOLAR

Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında xalq artisti, Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş, Şövkət Ələkbərova adına   20N-li 11 illik musiqi məktəbinin təqdimatında, müəllim Urfan Cəfərovun “Azərbaycan inciləri” adlı vokal sinfinin konserti baş tutub.

Hit.az xəbər verir ki, xalq artistinin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı istedadlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının avropa birincisi ,gənclər mükafatçısı Urfan Cəfərovun şagirdləri iştirak ediblər. Proqramın konsertmeysteri Sevda Əliyeva idi 
Konsertin əvvəlində Urfan Cəfərov tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə, eləcə də məktəbin direktoru Bəhriyyə Allahverdiyevaya minnətdarlığını bildirib.

Öz növbəsində Bəhriyyə Allahverdiyeva qeyd edib ki, 1993-cü ildən məktəb Şövkət Ələkbərovanın adını daşıyır.

"Vokal sinfinin şagirdləri böyük həvəslə konsertə hazırlaşmışdırlar. Onlar öz rəngarən proqramları ilə Şövkət Ələkbərovanın yaradıcılıq irsinə dərin hörmət və məhəbbətlərini göstərə bildilər.
Sonra müəllim Urfan Cəfərov Müslüm Maqomayevin repertuarından “Mavi əbədiyyət” mahnısını ifa etdi. Onun ardınca Şövkət Ələkbərovanın repertuarından milyonlarla dinləyicinin sevdiyi  xalq mahnılarını, tanınmış Azərbaycan bəstəkarları Polad Bülbüloğlu, Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimovanın əsərlərini ifa edən gənc istedadlar bir-birindən fərqli ifalar nümayiş etdirdilər.Parlaq, zəngin konsert proqramı tamaşaçılara unudulmaz emosiyalar bəxş etdi. Dinləyicilərə Azərbaycan musiqisinin hitinə çevrilən əsərlər təqdim olundu.Konsərt proqramı çox böyük anşlaqla, alqışlarla, M.Maqomaevin "Odlar yurdu"əsəri ilə təntənəli bitdi.Və sonda son söz Bakı Mədəniyyət Baş İdarəsinin Rəisi İbrahim Əliyevə verildi.

0