Xalq artisti: "Konsertimin bütün biletləri satılıb"

MƏDƏNİYYƏT
18:23 / 23.02.2024
341

"Gəncədə keçiriləcək konsertimin bütün biletləri satılıb".

Bunu Hit.az-a açıqlamasın Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib. Xanəndəni sözügedən konsertdə "Qarabağ" Muğam Qrupu müşayiət edəcək:

"Konsertə az vaxt qalıb. İlk dəfədir ki, Gəncədə konsert verəcəm. Buradan bütün gəncəliləri konsertə dəvət edirəm. Əgər konsertə tələb olarsa, gələcək aylarda yenə də bu barədə düşünməyə dəyər".

Mənsum İbrahimov bundan sonra Gəncədə muğam layihələrinin davamlı olaraq keçiriləcəyini açıqlayıb.

Azra 

0