Xoznavar Azərbaycanın nəzarətinə keçə bilər - Sakinlər kəndi tərk edir

SİYASƏT
17:34 / 16.06.2021
2944

Ermənistanın Sünik bölgəsinin Xoznavar kəndi Azərbaycanın nəzarətinə keçə bilər. 

HİT.Az xəbər verir ki, sakinlər kəndi tərk etməyə başlayıblar. Xoznavar kəndinin sakinlərindən biri erməni mediasına bildirib ki, artıq burada təsərrüfatla məşğul olmaq mümkün deyil. “Artıq örüş sahələri, mal-qara saxlamaq üçün şərait yoxdur. Ona görə mən də Xoznavarı tərk edərək Cermuka gəlmişəm”, - deyə sakin əlavə edib.

Həmin şəxs əvvəllər Laçında yaşayıb. Laçın erməni işğalından azad edildikdən sonra Sünikə yerləşib. 

“Bütün əmlakımı Laçında qoymuşam. Hər şeyimi itirmişəm. Heç kimə ümidim yoxdur. Nikol Paşinyan  bu məsələləri həll etməli idi. Ona görə də indiki hakimiyyətə heç bir ümidim yoxdur”.

Mayın 21-də Xoznavar kəndinin rəhbəri Varo Qriqoryan bildirmişdi ki, bir gün əvvəl Azərbaycan Ordusu irəliləyərək kənddən və 2.5 kilometr məsafədə mövqe tutublar. 

VÜQAR

0