Türkiyə səfiri Azərbaycana başsağlığı verdi

13:08 / 27.01.2023
661

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

HİT.Az-ın xəbərinə görə, diplomat tviterdə yazıb:

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Yaralananlara təcili şəfalar diləyirəm”, - səfir bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

0