DİP-in Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı barədə bəyanatı

17:50 / 27.01.2023
525

Demokratik İslahatlar Partiyası Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror aktını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayırıq. İran tərəfinin Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının tələblərini pozaraq Səfirliyin mühafizəsini və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməməsi, diplomatik missiyamıza qarşı əvvəllər də edilən təhdidlərə əhəmiyyət verməməsi yolverilməz haldır.  

Hesab edirik ki, rəsmi Tehranın diplomatlarımızın təhlükəsizliyinə diqqət yetirməməsi, son zamanlar İranın siyasi rəhbərliyində və parlamentində təmsil olunan şəxslər, eləcə də mediası tərəfindən ölkəmiz əleyhinə aparılan anti-Azərbaycan kampaniyası bu qanlı terror hücumuna rəvac verib.

Demokratik İslahatlar Partiyası İran tərəfindən bu xain hücumun tezliklə və obyektiv şəkildə araşdırılmasını, günahkarların sərt şəkildə cəzalandırılmasını tələb edir.

Hücumun qarşısını alarkən şəhid olan Səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

0