İlham Əliyevdən yeni təyinat

SİYASƏT
15:32 / 01.02.2023
1656

Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə HİT.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

0