"Azərbaycanla razılaşmanın icrası üçün uzun yol getməlidir" - Erməni deputat

SİYASƏT
16:10 / 26.05.2023
423

"Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və ümumilikdə bunu müsbət qiymətləndirmək olar". 

HİT.az xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə hakim “Mülki müqavilə” partiyasının nümayəndəsi, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan deyib.

Deputatın sözlərinə görə, sənəddə qarşılıqlı məqbul müddəalar yer alacaq, eyni zamanda, sülh müqaviləsi uzun daxili prosedurlardan keçməlidir.

"Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi orada təsbit olunmuş öhdəliklərin ölkənin əsas qanunlarına uyğun olub-olmadığını yoxlayacaq. Bundan sonra müqavilə Milli Assambleya tərəfindən ratifikasiya ediləcək, bundan sonra prezident ratifikasiya sənədini imzalamalıdır. Mən beynəlxalq və yerli qanunvericilikdə təsbit olunmuş bütün prosedurları sadalayıram. Eyni proses Azərbaycanda da keçməlidir. Və yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minir”, deyə deputat bildirib.

“Reuters” agentliyi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən yazıb ki, Nikol Paşinyan və İlham Əliyev iyunun 1-də Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammitində sülh sazişi imzalaya bilərlər.

Samir

0