Bakı dünya nizamının qorunmasında əhəmiyyətli rol oynayır

SİYASƏT
18:36 / 14.03.2024
280

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Artıq ənənəvi şəkil almış və XI dəfə təşkil olunan, nüüfuzlu siyasi liderləri Bakıya toplayan bu forum dünyaya nə  vəd edir?

Hit.az-ın bu sualını cavablandıran siyasi ekspert Mübariz Göyüşlü qeyd edib ki, bakı indi dünyanın taleyüklü məsələlərinin həlli ilə məşğul  olunan məkana çevrilib.

“Qlobal Bakı Forumu qlobal çağırışları və onlara necə cavab verə biləcəyimizi müzakirə etmək imkanı verən platformadır. Əminəm ki, bu dəfəki forumda da aparılan müzakirələr və fikir mübadiləsi qlobal  problemlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. Bu dəfə forum “Parçalanmış dünyanın bərpası” kimi çox vacib bir mövzunu əsas götürüb. Bir forumla dünyanın taleyi həll olunmayacaq, amma dünyanın taleyini həll edəcək dərinlikdə ideya və fikirlər irəli sürüləcək”,- deyə ekspert bildirib.

“Azərbaycan son illər beynəlxalq tədbirlərə ev sahibliyi və rəhbərlik etmək baxımından uğurlu siyasi addımlar atır. Bu tədbirlərdə gedən müzakirələr dünyada sülhün və sabitliyinin qorunması baxımından önəmli rola malikdir. O cümlədən XI Qlobal Bakı Forumu uğurlu platforma kimi özünü təsdiq edib. O dünyanı narahat edən problemlərin müzakirəsinə həsr olunur. Hazırda qlobal aləmdə gərginlik hökm sürür. Forumda qəbul edilən qərarlar verilən təkliflər  dünyadakı  gərginliyin aradan qalxması, bir çox münaqişələrin həlli üçün faydalı olacaq. Dünya  nizamının bərqərar olmasında rol oynamağımız önəmli haldır və təqdirəlayiqdir.  Aparılan müzakirələrin, keçirilən görüşlərin gələcəkdə dünyanın taleyində mühüm rolu olacağına inanıram”,- deyə M. Göyüşlü vurğulayıb.

Murad

 

0