Avropa İttifaqının Ermənistandakı missiyasının GİZLİ MƏQSƏDLƏRİ

SİYASƏT
10:37 / 02.04.2024
579

"Avropa İttifaqının Ermənistandakı mülki adlanan missiyası əslində uzunmüddətli planın tərkib hissədir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, onların konkret missiyaları və vəzifələri var:

"Bu, Ermənistanın və Avropa ölkələrinin birlikdə həyata keçirdikləri layihədir. Amma onun nə qədər davam edəcəyini indidən demək olmaz. Həmin missiyanın ən uzaq hədəflərindən biri Ermənistanı Avropa İttifaqına inteqrasiya etməkdir."

O qeyd edib ki, adı mülki olan missiya Avropa İttifaqının hərbiləşdirilmiş missiyası kimi fəaliyyət göstərir:

"Hətta bir qədər də dərinə getsək görərik ki, NATO-nun bir qurumu kimi fəaliyyət göstərir. İlkin mərhələdə tamamilə mülki missiya kimi nəzərdə tutulsa və 2 aylıq bir müddətə fəaliyyət göstərəcəyi razılaşdırılsa da, sonra onun üzvlərinin 200-dən çox olan bir həddə çatdırıldı. 

Üstəlik, həm missiyanın müddəti 2 aydan 2 ilə çevrildi, həm də fəaliyyəti daha da genişləndirilərək hərbi müstəviyə keçirildi. Həmçinin, bu gün Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının missiyasının artıq müəyyən yüngül formada silahlandırılması kimi söhbətlər də gedir. Yəqin ki, bunu da həyata keçirməyə çalışacaqlar". 

347013

Aydın Quliyev sözügedən missiyanın hədəflərindən də bəhs edib:

"Avropa İttifaqı missiyasının ən yaxın məqsədi Ermənistanda Kremlin təsirlərini zəiflətmək, Nikol Paşinyan hökumətini Rusiyayönümlü daxili siyasi həmlələrdən qorumaq, eləcə də kənar müdaxilələrdən mühafizə etməkdir. Həmçinin, Ermənistanın bölgədə müharibə siyasətini qızışdırmaq, regionda sülhün yaranmasına və möhkəmlənsinə ciddi manelər törətməyə nail olmağı da hədəfləyirlər. Bununla da Qafqazı daima çalxalanan və gərgin münaqişə ocağına çevirmək niyyəti güdürlər".

Politoloq diqqətə çatdırıb ki, missiyanın digər məqsədi isə Ermənistan-Rusiya münasibətlərinin gərginləşdirməkdir:

"Çünki bu iki dövlət arasındakı münasibətlərin gərgin xarakter alması bölgədə sülhün bərqarar olmasına mane olan faktora çevrilir. Misisyanın uzaq hədəf isə Ermənistanla Rusiya arasında açıq müharibə vəziyyəti yaratmaq və Ermənistanı Avropa İttifaqının üzvlüyünə qəbul olunmasına zəmin hazırlamaqdan ibarətdir. 

Hesab edirəm ki, bu missiya geniş proqramın tərkib hissəsidir. Bu, Ermənistan və Qərb ölkələrinin həyata keçirdiyi bir layihədir. Lakin sözügedən missiyanın mövcudluğu və fəaliyyəti Qafqazda sülhün gələcəyinə heç bir müsbət təsir göstərmir. Əksinə, sülh perspektivlərinin əsaslarını dağıdır".

Pərviz

0