"Yenidən deputat olmaq üçün seçkilərə qatılacam" - İqbal Ağazadə

SİYASƏT
18:53 / 02.05.2024
267

"Sentyabr ayında parlament seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdə iştirak etmək fikrim var”.

Bu fikirləri Hit.az-a sabiq deputat, Ümid partiyasının sədri İqbal Ağazadə səsləndirib.

O qeyd edib ki, partiya onun namizədliyini irəli sürsə, parlament seçkilərində iştirak edəcək:

"Ümid partiyası hər zaman xalqın yanında olub, yenə olacaq. Mən deputat olduğum müddətdə də xalqın fikirlərini dilə gətirmişəm, olmadığım müddətdə də.  Bundan sonra da belə olacaq".

Murad

0