COP29 ölkəmizə neçə milyon qazandıracaq?

SİYASƏT
20:59 / 08.07.2024
296

Paytaxtın harasına baxırsan təmir, tikinti işləri gedir.

Bakı çox böyük beynəlxalq tədbirə, COP29-a ev sahibliyi etməyə hazırlaşır.

Bəs bu tədbir bizə nə verəcək, o nələri ehtiva edir?

Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, COP29 tədbirlərinin məqsədi dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Parisdə imzalanmış həmin sənədə 171 ölkənin hökuməti imza atıb:

“Bu tədbir çərçivəsində inkişaf etmiş ölkələr , inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı toplayırlar.

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır. Bundan əvvəlki tədbir Dubay şəhərində baş tutub. 2009-cu ildə əldə edilmiş razılşamaya əsasən.  inkişaf etmiş ölkələr inkişafda olan ölkələrə dəstək üçün hər il 100 milyard dollar ayıracaq. Bu vəsait iqlim dəyişiklikləri məsələlərinə sərf olunacaq.

2025-ci ildən sonra İnkişaf etməkdə olan ölkələr maliyyəni 1,1 trilyon ilə 1,3 trilyon dollara qaldıra bilərlər. Lakin bu hələ sadəcə təklifdir”,- deyə ekspert bildirib.

Murad

0