Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə bağlı qərar qəbul edib.
Hit.az xəbər verir ki, qərarla Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlıq əlaqələri dayandırıb.
Qərara əsasən:
1. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın.
2. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun.
3. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.
Qərarlar səsvermə ilə qəbul edilib.

