Kaya Kallas Azərbaycana səfər edəcək

SİYASƏT
11:56 / 04.05.2026
100

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

Bu barədə "Report" Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir.

Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək.

Səfər çərçivəsində K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Digər təfərrüatlar açıqlanmayıb.

0