Uşağına qarşı zorakılıq edən valideynlər...

SOSİAL
16:04 / 23.05.2024
525

Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmə kimi möhkəm ənənələr mövcuddur. Bu, millətimizin ən üstün tərəfidir. 

Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır, zəhərləyir, hətta öldürülürlər də.

“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, uşaqlara qarşı həm psixoloji, həm də fiziki zorakılıq halları olur:

 “Uşaqlara qarşı zorakılıq onların özgüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur. Amma əsəbi olan, zorakılığa əli yatan, artıq bunu vərdiş halına çevirən valideyn üçün nə qədər maarifləndirmə aparılsa da, görüləcək ki, on kəlmədən özünə xeyri olan birini götürüb, uşaqla bağlı doqquz kəlmənin heç birini yadında saxlamayıb. Şiddət görən uşaq təbii ki, məktəbdə, küçədə özünü qoruya bilməyəcək və zorakılıq halları ilə üzləşəcək. Şiddət onun üçün adi hala çevrilib, şəxsiyyəti formalaşmayıb. Hənçinin, uşaqlar kənar şəxslər tərəfindən zorakılığa məruz qalanda evdə gəlib valideyninə deməyə qorxurlar. Çünki valideynin ona lazım olan dəstəyi verməyəcəyini düşünürlər. Valideyn ya onun üstünə qışqıracaq, ya vuracaq. Bundan o tərəfə bir şey etməyəcək. Bu qorxuları yaşadığı üçün uşaqlar zorakılıqla üzləşdikdə valideynlərinə danışmırlar”.

Sevinc

0