Qurban bayramında kəsilən qurban necə olmalıdır?

19:30 / 12.06.2024
988

İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. 

İslama görə, kəsiləcək qurbanlıq heyvanın məqbul hesab edilməsi üçün həm heyvanda, həm də kəsilməsində bəzi şərtlərin olması lazımdır.

Hit.az həmin şərtləri təqdim edir: 

1. İslama görə, qurban kəsilməsi məqbul hesab edilən heyvanlar qoyun, keçi, dəvə, inək (dana), camış və bu cinsdən olan heyvanlar olmalıdır. Bu heyvanların erkək və dişi olması arasında hər hansı fərq yoxdur, ancaq dişi heyvanın yelinli olma ehtimalı və nəsil artırması nəzərə alınaraq , erkəyin kəsilməsi məqsədəuyğun sayılır. 

2. Kəsiləcək heyvanda qurban olmasına mane qüsurlar olmamalıdır. 

3. Qurbanın səhih və məqbul olması üçün müəyyən gün və vaxt içərisində kəsilməsi lazımdır. Qurbanı qurban bayramının ilk üç günü, yəni hicri təqvimlə Zilhiccə ayının 10, 11 və 12-ci günlərində bayram namazını qıldıqdan sonra 3-cü günün axşamına kimi kəsmək olar. 

4. Qurbanlıq heyvan məhz ibadət niyyəti və ibadət məqsədilə kəsilməlidir. Qəlbdə niyyət olduqdan sonra dillə onun ifadə edilib-edilməməsi çox əhəmiyyət daşımır.

Sevinc

0