"TikTok"a görə boşanmaq üçün məhkəməyə müraciət edənlər də var

SOSİAL
18:57 / 16.08.2024
497

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halları qeydə alınıb.

Boşanmaların sayı demək olar ki, günü-gündən artır. Boşanma səbəbləri isə müxtəlifdir.

Bu günlərdə rayonlarımızdan birində xanım boşanmaq üçün məhkəməyə ərizə verib. 

Səbəb kimi isə yoldaşının “TikTok”dan istifadəyə icazə verməməsini göstərib.

Bu səbəb kənardan gülməli görünsə də, sosial şəbəkələrin, xüsusilə də “TikTok" platformasının ailə dəyərlərini, milli mənəvi dəyərləriəhv etdiyini görərik.

Bir xanım “TikTok"-a görə boşanırsa demək ki, SOS siqnalı çalınmalıdır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, gün insanların əksəriyyəti həyatlarını sosial şəbəkələrsiz təsəvvür etmirlər:

"Amma bunun da xeyirli və ziyanlı tərəfləri var. Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Bu da insanları real həyatdan qoparır. Özünə qapanır, öz dünyasını yaradır və sonradan canlı ünsiyyətdən qaçır. Ailədə qadın və kişi sosial şəbəkələrdə vaxt itirir və bu da ailənin inkişafına təsir edir və hətta boşanmaya səbəb olur. Bu gün nə qədər ailə sosial şəbəkələr üzündən boşanmaq həddinə çatır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusilə də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar. İndi vəziyyət dəyişib".

Sevinc 


 

0