Bir həftədən sonra yeni tədris ili başlayacaq, İlk dəfə məktəbə gedəcək uşaqların adaptasiyası valideynləri narajat edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, şagirdlər məktəbi bitirib yay tətilinə başladıqdan sonra valideynlər övladlarının zehninin müəyyən qədər dincəlməsinə şərait yaratmalı və onları bəzi fəaliyyətlərə yönləndirməlidir:
"Uşağın öyrəşməsi üçün valideyinlər öncədən onları məktəbdəki mühitlə, müəllimləri, sinifyoldaşları ilə tanış etməlidir. Çünki bu problem ancaq məktəbə, müəlliminə olan güvənin yaranması ilə həll oluna bilər. Məktəbə adaptasiya olması üçün uşağın gözünü təhsillə qorxutmamaq lazımdır. Valideyinlər uşağın şəxsiyyətiylə, özgüvəniylə bağlı danışıqlar aparmalıdırlar. Onlar övladlarıyla arasındakı emosional bağı gücləndirməlidirlər. Göstərməlidirlər ki, uşaqlarının uğurları və ya uğursuzluqları onlara qarşı münasibətlərinə təsir göstərmir".
Sevinc