İşəgötürənlərin yaş məhdudiyyəti

SOSİAL
22:34 / 26.09.2024
340

“İşçi axtarışında olanlar tələbləri qəbul edilməzdir. Onlar işə götürmək istədikləri şəxsin yaşının da az olması kimi tələblər qoyur, üstəlik geyim tərzinə müdaxilə edirlər”. 

Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.

O bildirib ki, özəl sektorların çoxu işçi götürərkən müəyyən təcrübə tələb edir, gənc kadrların da təcrübəsi olmadığı üçün onların ilə təmin olunmasında çətinliklər yaşanır:

“Bu çətinliklərin aradan qaldırılması üçün birmənalı şəkildə inzibati deyil, tətbiq edici eyni zamanda tövsiyə xarakterli meyarların hazırlanmasına və xüsusilə də özəl sektora təqdim olunmasına ehtiyac var. Bu nəticə etibarı ilə yaş diskriminasiyasının aradan qaldırılmasına gətirib çıxara bilər. Eyni zamanda gənclərin də işlə təmin olunması üçün özəl sektorla daha yaxından iş aparılmalı, təlimlər keçirilməlidir. Bu gənclərin təcrübə toplaması üçün çox vacibdir”.

Sevinc

0