Abadın bərbad yolları...

SOSİAL
13:47 / 30.09.2024
254

Ağdaşın Abad kənd sakinləri bərbad vəziyyətdə olan kənd yollarından gileylidirlər.

Hit.az-a şikayət etmiş kənd sakinləri bildirirlər ki, kəndə qədər rayondan çəkilən asfalt yoldan ayrılıb, kəndə aparan 3-4 kilometrlik yol sanki orta əsrlərdən qalıb:

“Yolda nə zamanlarsa çınqıl daş tökülüb. Bir balaca yağış olanda palçıqdan keçilməz olur buy yollar. Yayda da  toz torpaqdan ayaq basılası olmur. Kəndimizin adı Abaddır, yolları bərbad”, deyə sakinlər bildiriblər.

Ümid edirik, əlaqədar qurumlar kənd camaatının şikayətini gözardı etməz. Kəndin adı kimi yolları da abad olar.

Murad
 

1