Kim istəməz ki, işlədiyi müəssisədə vəzifəsini artırsınlar?
Ancaq məlumdur ki, hər kəs uğur qazana bilmir. İşçinin böyük təcrübəsi olsa da, vəzifədə yüksələ bilmir. Bunun müxtəlif səbəbləri var.
Piar mütəxəssis Elçin Zeynalov Hit.az-a deyib ki, iş yerində yüksəlmək istəyənlər bacarıqla yanaşı, yüksək ünsiyyət qabiliyyətinə malik olmalıdır:
“İşəgötürənlər və menecerlər onlarla asanlıqla dil tapan insanlarla - işdə əlverişli atmosfer yaradan komanda ilə işləməyi sevir. İş etikasına riayət etmək həmişə karyera yüksəlişi üçün vacibdir. Gözəl danışıq qabiliyyətinə malik şəxs çalışdığı müəssisənin işini qabağa apara bilər. Məsələn, maliyyə sektorunda çalışan şəxs danışığı elə daha çox vəsait cəlb edə bilər. Bura bank, sığorta, satış şirkətlərini aid edə bilərəm”.
Sevinc