Azərbaycanda doğum zamanı anaların yaşı ilə bağlı maraqlı statistika açıqlanıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda 2023-cü il üzrə ən gənc və ən yaşlı anaların sayı məlum olub.
Belə ki, ötən il 1742 diri doğulan uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
Diri doğulan 99 uşağın anaları isə 50 və daha yuxarı yaşda olub.
Statistikaya görə, Azərbaycanda doğum zamanı analar daha çox 20-24 yaş arasında olub.
2023-cü ilə həmin yaşda olan analar 36384 uşaq dünyaya gətirib.
25-29 yaşlı anaların dünyaya gətirdiyi körpələrin sayı 33787 olub.
Sonrakı yerdə 30-34 yaşlı analar gəlir – 20672 uşaq.