Doğru "ailə büdcəsi" üçün nələr edilməlidir? - İqtisadçı DANIŞDI

SOSİAL
13:45 / 05.12.2024
302

"Ailə büdcəsi" deyilən bir anlayış var. 

Lakin bir çox ailələr büdcələrini doğru idarə edə bilmədiklərinə və yanlış xərcləmələr etdiklərinə görə maddi cəhətdən çətinliklər yaşayırlar. 

Bəs ailə büdcəsini necə doğru idarə etməlidir? Bunun üçün nələri bilmək və onlara əməl etmək lazımdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, "ailə büdcəsi" ailələrin şəxsi işidir:

"Hər ailə fərqli olduğu üçün ümumi məsləhət vermək doğru olmaz. Lakin əksər ailələrin gəlirləri azdır. Üstəlik, son zamanlarda qiymətlər və xərclər də artır".

363710

Ekspert qeyd edib ki, bəzi məsələlər ailələrin büdcəsinə ciddi təsir göstərir:

"Qida ilə yanaşı, kommunal ödənişlər, ictimai nəqliyyatda geniş haqları və benzin pulu əsas xərclər sıradındadır. Azərbaycan da qiymət idxaldan asılı olduğu üçün, geyim, avtomobil və bəzi digər məhsulların qiyməti inkişaf etmiş ölkələrdən də bahadır. Gəlirlərimiz isə inkişaf etmiş ölkələrdən geridir".

Mütəxəssis fikrini belə yekunlaşdırıb:

"Hazırda gəlirlər az olduğu üçün ailələrin büdcəsində çətinlik yaranır. Lakin gəlirlərinə uyğun olaraq xərclərini planlaşdıra bilərlər. Yəni ailələr yorğanına görə ayaqlarını uzatmalıdırlar".

Pərviz

0