“Həcc barədə təəssüf ki, ölkəmizdə indiyə kimi Qafqaz Müsəlmanları İdarəsi tam yanlış təbliğat apararaq, onun ibadət kimi əsl mahiyyətindən uzaqlaşaraq ziyarət, turizm, biznes məqsədi ilə istifadə edib. Nəticədə də Həccə layiq olanlardan çox layiq olmayanlar gedib. Həcc əslində ziyarət deyil, ibadətdir. Ziyarət könüllüdür, ibadət isə məcburidir dinimizdə”
Bu sözləri Hit.az-a ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Həcc ibadəti İslamın şərtlərindən biridir. Namaz, oruc, zəkat kimi ibadətlərdən sonra Həcc ibadəti gəlir ki, bu da yalnız maddi imkanı yetən müsəlmanlara vacibdir:
“Amma Həcci ibadət yox, ziyarət kimi təqdim etdiklərinə görə qiymətlər qalxanda adamlar haqlı etiraz edirlər. Həcci, Kərbəla, Məşhəd ziyarəti ilə qarışdırmaq olmaz. Bunlar tam fərqlidir. Turizm səfəri başqadır, ziyarət başqadır, ibadətsə tam başqa. Həcci öz xüsusi ayinləri, qurban kəsmə, təvaf etmə, daş atma və başqa ritualları var. Çoxu heç kəlimeyi şəhadətini bilmir, amma Qafqaz Müsəlmanları İdarəsinə hədiyyə edilmiş pulsuz yerlər müqabilində göndərilir Məkkəyə. Yəni, Həcc məsələsində çox böyük yeyinti və haqsızlıq var. Bunu bir qrup adam manapoliya və alverə, biznes sahəsinə çevirib. Camaatı istismar edərək ziyarət adı ilə soyurlar açıq - aşkar. Hər il əlavə yerlər olur müəyyən təbəqə üçün. Öz qohumlarını, pul aldıqları adamları, yaxınlarını yaxud dəfələrlə Həccdə olmuş adamları salırlar o yerlərə. Səudiyyə Ərəbistanı hər dəfə müəyyən hədiyyə yerlər verir ki, kasıb, imkansız adamlardan da gələn olsun. Amma ölkəmizdə bu işə baxan adamlar həmin yerləri də satırlar. O qədər layiq, imanlı, amma maddi imkanı olmayan ziyalı, savadlı adamlar var ki, gedə bilmir. Bircə dəfə eləsini yollamazlar. Bəzilərinin öz adamları isə otuz dəfə gedib Həccə .Bu sahəni də çirkləndirmək dəhşətdir. Heç olmasa din sahəsi pak qalmalıdır.
Əlbəttə tənzimləmək olar qiymətləri. Müəyyən imtiyazlı adamların ödənişini Qafqaz Müsəlmanları İdarəsi də təmin edə bilər. Yaxud verilən pulsuz yerlərlə təmin edə bilər. Dövlət tərəfindən bu idarəyə 3 milyon vəsait ayrıldı. Bunu dövlətin, xalqın, Allahın yolunda sərf etməyib , bəs nəyin uğrunda sərf edirlər, məlum deyil.
Əksinə, insanları təşviq edirlər ki, kor koranə gəlib, onlara pul ödəyib ,Həccə getsinlər. Ona görə ki, özlərinin biznesi çökməsin, davam etsin. Amma deyə bilərlər ki, bu, israfdır həmin vəsaiti işğaldan azad edilmiş ərazilərinin bərpasına sərf edin, kasıba, yetimə əl tutun. Azad edilmiş ərazilərdə bir şəhid bulağı tikmək 70 həcc savabından üstündür. Amma bunu demirlər. Alverə çeviriblər dini. 10 min pul verib ibadət icra etmək olmaz. Bu, ibadət və ya ziyarət deyil, bu ticarətdir”.
Sevinc