Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

SOSİAL
12:45 / 21.05.2026
43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Hit.az-a ƏƏSMN-dən məlumat verilib.

“Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq”, - məlumatda deyilir.

0