Alimentə görə həbs edilənlərin sayı açıqlandı

SOSİAL
22:54 / 23.05.2026
43

2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

HİT.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.

Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 nəfər inzibati qaydada həbs olunub.
 

0