“Huawei” şirkəti “Google Search”in analoqunu təqdim edib

23:49 / 22.05.2020
1175

“Huawei” şirkəti “Google Search”in analoqunu – “Petal Search”i rəsmən təqdim edib. Bu haqda Çin korporasiyasının yaydığı bəyanatda deyilir.

”Petal Search”in köməyi ilə istifadəçilər lazımi informasiyanı axtarmaqla yanaşı, həm də xəbərləri, hava haqqında məlumatları, videoları izləyə və musiqi dinləyə, mehmanxanalarda nömrə bronlaşdıra və proqramlar yükləyə bilərlər. Bundan başqa, “Huawei” şirkəti sözügedən xidmətin funksionallığının tədricən artırılacağına dair söz verib.

Çin şirkəti bir ildir bu xidmətin hazırlanması ilə məşğul olur. Sınaqlar zamanı axtarış xidməti “Huawei Search” adlandırılıb

EDNews.net

0
İctnews