“Telegram”da yeni funksiya işə salınacaq

09:19 / 27.11.2021
2117

Yaxın zamanlarda “Telegram” messencerində yeni funksiya işə salınacaq.

Onun sayəsində şəkillərdəki mətnin mobil cihaz tərəfindən oxunması mümkün olacaq.

Yenilikdən hələ ki, yalnız “Apple” smartfonlarının sahibləri yararlana biləcək.

Bu funksiya kredit kartlarının fotosu və ya skrinşotunun oxunması ilə bağlı yaranan çətinlikləri də aradan qaldıracaq.

2