TEXNOLOGİYA
20:07 / 04.12.2021
1699

İnstaqramda problem yarandı

İnstaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqdan şikayətlənirlər.

Hit.az xəbər verir ki, bunu məşhur internet resurslarının nasazlıqları və əlaqənin kəsilməsini izləyən “Downdetector” saytının məlumatları göstərir.

İstifadəçilərin 54%-i proqram, 25%-i sayt, 21%-i serverə qoşulma ilə bağlı problem yaşayır.

Ən çox şikayət Rusiya, Belarus və Ukraynadan gəlir.

0