"Hər hansı bir nəqliyyat vasitəsinin bateriyasında problem varsa, o zaman partlama ola bilər. Partlama bir çox hallarda avtomobilin yanmasına səbəb olur".
Bu sözlər Hit.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, avtomobil akkumulyatorun balonları, onun daxili quruluşunun düzgün seçilməməsi və ya keyfiyyətsiz materiallardan istifadə olunmasına diqqət edilməlidir:
"Elektrik avtomobillərinin enerji yığarkən partlaması halı xaricdə baş verib. Bu o demək deyil ki, bizdə olmayacaq".
Sevinc