“Facebook”da köhnə nəşrləri \"toplu\" şəkildə silmək imkanı olacaq

09:07 / 04.06.2020
1225

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli izləri daha asan şəkildə silə biləcəklər. Yeni “Manage Activity” funksiyası sayəsində artıq köhnə yazıları "Xronikadan" bir-bir deyil, bunu artıq bir dəfəyə silmək mümkün olacaq.

Həm ayrı-ayrı yazıları, həm də seçilmiş dövr üçün bütün yazıları silmək mümkün olacaq. İlk öncə yenilik “Facebook”un mobil proqramlarında əlçatan olacaq.

Şirkətdən bildirilib ki, sözügedən funksiya bu gün sizin kim olduğunuzu daha dəqiq əks etdirmək üçün nəzərdə tutulub və hazırlanıb. Məsələn, istifadəçi öz hesabını keçmiş sevgilisi ilə bağlı xatirələrdən təmizləmək istəyir.

0
ICTnews