Teslanın batareya istehsalçısı 2 milyon km gedə bilən batareya hazırladı

23:55 / 09.06.2020
1421

Tesla markalı elektromobillərin batereyalarını istehsal edən Contemporary Amperex Technology Co. Ltd (CATL) şirkəti təxminən 2 milyon kilometr və ya 16 il ömrü olan batareya istehsal etdiklərini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.

Şirkətin baş direktoru Zenq Yuqunun açıqlamasına görə, şirkət Tesla üçün 16 il ömrü olan batareyaların istehsalına hazırdır. Lakin hələlik Tesla şirkəti belə bir sifariş həyata keçirməyib.

Qeyd edək ki, Teslalarda hazırda 250 min kilometr və ya 8 il ömrü olan batereyalardan istifadə edilir. Lakin CATL yeni batareyaları ilə zəmanət müddətini xeyli uzadıb.

Mütəxəssislər bu batareyaların istifadəyə verilməsinin elektromobillərə tələbatı artıracağını düşünürlər. Lakin yeni nəsil batareyaların nə zaman istifadəyə veriləcəyi hələlik məlum deyil.

0
Qaynarinfo.az