"Volvo"nun Rusiyadakı aktivlərinin taleyi BƏLLİ OLDU

AVTO
10:18 / 11.09.2023
1203

İsveçin məşhur avtomobil markası "Volvo" Rusiyadan tamamilə çəkilib.

HİT.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi "Volvo"nun Rusiyadakı bütün aktivlərinin rusiyalı bir investora keçdiyini açıqlayıb.

Nazirlik aktivlərin yeni sahibi ilə yanaşı, şirkətin Kaluqadakı zavodunda istehsalın gələcək inkişafı üçün yerli tərəfdaşın da müəyyən edildiyini bildirib. 

Belə ki, Ukraynadakı müharibə başlamazdan əvvəl Kaluqada ildə 15 min yük maşını istehsal gücünə malik zavodu işlədən "Volvo", müharibədən sonra orada istehsalını dayandırmaq qərarına gəlmişdi. 

Rusiya şirkətlərinin reyestrlərindən əldə edilən məlumata əsasən, "Volvo" Qrupunun bu ölkədəki bir neçə törəmə şirkətinə nəzarət "Ekspobank"ın əsas səhmdarı və onun biznes tərəfdaşlarına keçib. Hətta "Ekspobank"ın birinci vitse-prezidenti Aleksey Sannikov Kaluqa zavodunun baş direktoru təyin edilib.

Xatırladaq ki, cari ilin əvvəlində Rusiya rəsmiləri bir neçə investorun, habelə Belarus və Çin şirkətlərinin "Volvo" aktivlərini almaq üçün müraciət etdiyini açıqlamışdılar.

Pərviz

0