Martda ən çox satılan elektromobillər hansılardır? - SİYAHI 

AVTO
11:40 / 03.04.2024
1261

Türkiyədə ötən ay ən çox satılan elektrikli avtomobillərin adları bəlli olub.

Hit.az xəbər verir ki, mart ayında qardaş ölkədə 5 min 903 ədəd elektromobil satılıb.

2024-cü ilin ilk üç ayında satılan elektrikli avtomobillərin toplam sayı isə 14 min 158 ədədə yüksəlib. Türkiyədə ilin ilk rübündə satılan elektromobillər ötən ili müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıb.

Bəs Türkiyədə ən çox satılan elektromobillər hansılardır?

Hit.az siyahını təqdim edir:

1. "Togg T10X" - 1.319
2. "BMW 5" - 452
3. "KG-SSANGYONG Torres" - 320
4. "MG4" - 305
5. "Hyundai Ioniq 6" - 291
6. "Mercedes EQB" - 239
7. "BMW X1" - 229
8. "Volvo XC40" - 220
9. "Renault Megane E-Tech" - 208
10. "BYD ATTO 3" - 175

Pərviz

0