ABŞ-nin elektromobil şirkəti "Tesla"ya daha bir rəqib gəlib.
Hit.az xəbər verir ki, "Huawei", "CATL" və "Changan"ın ortaqlığı ilə yeni avtomobil istehsal olunacaq.
"Avatr 07" modeli "Tesla Model Y" avtomobilinə rəqib olaraq göstərilir. Avtomobilin qiymətinin isə təxminən 30 min dollardan başlaması gözlənilir.
Modelin gələcəkdə 313 və 578 at gücünə sahib versiyalarının istehsalı da gündəmdədir. "Avatr 07" il 95 kVt/saatlıq bateryası sayəsində 700 kilometrə qədər məsafə qət edə bilir.
Sözügedən modelin fotoları da yayımlanıb.
Pərviz