Çinin avtomobil brendi "Jaecoo" yeni modelini istehsal edib.
Hit.az xəbər verir ki, sözügedən model "Jaecoo 5" adlanır.
Onun bu ay içində təqdimatının keçirilməsi gözlənilir. Bu avtomobil görünüş olaraq "Range Rover Evoque" modelinə bənzəməsi ilə diqqət çəkir.
"Jaecoo 5" 1,5 litrlik turbo benzini mühərrikə sahibdə olacaq. Həmçinin, elektromobil versiyası isə 204 at gücünə malikdir. Hətta modelin ekoloji cəhətdən təmiz versiyası 62 kWh LFP batareya ilə təxminən 430 kilometr məsafəni qət edə bilər.
Qeyd edək ki, sözügedən avtomobilin qiyməti hələlik bəlli deyil.
Pərviz