Almaniyanın nəhəng avtomobil istehsalçısı "Mercedes Benz" modelləri bütün dünyada olduqca populyardır.
Hit.az bildirir ki, şirkətin bütün modelləri qısa zamanda ən çox satılan avtomobillər siyahısına daxil olmağı bacarır.
Bəzi modellər də var ki, istehsal tarixinin üzərindən çox uzun müddət keçməsinə baxmayaraq, hələ də satılmağa davam edir. Hər zaman belə tələbat görən modellər bir müddət sonra klassikaya çevrilir. "Mercedes"in belə əfsanəvi modellərindən biri də "E220"-dir.
Bəs "Mercedes E220" modelləri ölkəmizdə neçəyədir?
Hit.az-ın əməkdaşı bununla bağlı avtomobil elanı saytları və maşın bazarındakı qiymətlərlə maraqlandı. Məlum oldu ki, hazırda Azərbaycanda istehsal ili 1990-cı illər (1992-99) olan "E220" modelləri daha çox istifadə olunur. Həmin avtomobillərin mühərrik həcmi isə əsasən 2.2 Litrdir. Bu model 0-dan 100 kilometr sürətə 10,1 saniyə ərzində çıxa bilir.
Sözügedən avtomobillərin ölkəmizdəki qiymətləri isə təqribən 6500 manatdan başlayır. Bu qiymət avtomobilin istehsal ilinə və vəziyyətinə görə yüksələ bilir. Ortalama qiymət isə 8-9 min manat arası dəyişir. Həmçinin, "Mercedes E220"-yə 10-11 min manatdan daha yuxarı qiymətlərə də rast gəlmək mümkündür.
Pərviz