Hazırda ölkəmizdə "07"lər neçəyə satılır?

AVTO
10:43 / 28.12.2024
78

Azərbaycanda ən çox istifadə olunan mexaniki maşınlar siyahısı hazırlansa, yəqin ki, zirvədə "LADA (VAZ)" avtomobilləri olar.

Çünki ölkəmizdə sözügedən modellərin istifadəsi çox yüksək səviyyədədir. Düzdür, son illərdə bu statistika kəskin azalıb. Lakin hələ də əsasən rayonlarda istifadə olunan maşınlar məhz "LADA (VAZ)" modelləridir. 

Bəzi şəxslər isə artıq onu klassik model sayaraq istifadə edirlər. Bu markanın ən çox istifadə olunan modelləri isə el arasında "07" kimi tanınan "2107" avtomobilləridir. 

Sözügedən avtomobillər görünüşünə görə də olduqca sevilən modellərdən olmağı bacarıb. Onun mühərrik həcminin 1,6 Litr olduğunu da məlumat üçün qeyd edək. 

Bəs hazırda ölkəmizdə "07" avtomobilləri neçəyədir? 

Hit.az-ın əməkdaşı bununla bağlı kiçik bir araşdırma edib. Məlum olub ki, hazırda ölkəmizdə "07"-lərin satışı çox aşağı səviyyədədir. Lakin buna baxmayaraq, satışda olan "07"-lər tapmaq mümkündür. 

Qiymətlər isə istehsal tarixinə və maşının vəziyyətinə görə dəyişir. Bazarda 3 min manatdan 10 min manata qədər təklif olunan "07" modeli tapa bilərsiniz... 

Pərviz

0