İran bu ölkələrlə sərhədlərini açır

DÜNYA
15:01 / 23.05.2020
1353

İran Türkmənistan, Özbəkistan və Əfqanıstanla sərhədlərini açır.

Bu barədə İranın Türkmənistandakı səfiri  Qulaməli Ərbab Xalis bildirilb. Onun sözlərinə görə, koronavirus səbəbindən 2 aydan çoxdur ki, bağlanan sərhədlər iyun ayının 1-dən həm yük və həm də sərnişin daşımaları üçün açılacaq.

Səfir deyib ki, sərhədlərin açılması üçün son bir neçə həftədə Türkmənistan və Özbəkistan rəsmiləri ilə  müzakirələr aparılıb. Ötən gün bu məqsədlə 3 ölkənin dəmir yollları idarə rəhbərlərinin görüşü keçirilib. Qərara alınıb ki, İncəburun, Sərəxs və Lütfabad sərhədləri tranzit və gediş-gəliş üçün açılsın.

0
Unikal.org