Ağ Ev Çinə sanksiya tətbiq etdi - Səbəb

14:38 / 23.05.2020
1325

ABŞ Çinə məxsus daha 33 şirkət və dövlət qurumunu sanksiya siyahısına salıb.

Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yerləşdirilib. Sanksiyalara səbəb uyğulara qarşı tətbiq edilən təqib və işgəncələrdir.

Sanksiyalara məruz qalanlar arasında Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutu, həmçinin 8 hüqiqi şəxs var. Rəsmi Vaşinqton hesab edir ki, onlar insan hüquq və azadlıqlarının pozulmasında birbaşa iştirakçı olub, uyğruların izlənilməsi, qanunsuz saxlanılması istiqamətində fəaliyyət göstərib. Sanksiyalar həm də etnik qazaxlara qarşı təqib siyasətinin həyata keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, bu məsələ ilə bağlı sanksiyalar ötən il daha 28 Çin şirkətinə şamil olunub.

0
Cebhe.info