"Müsəlman icması ailə institutunun möhkəmlənməsinə qiymətli töhfə verir" - Vladimir Putin

DÜNYA
13:45 / 24.05.2020
1274

Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrikində bildirib ki, müsəlman cəmiyyəti millətlərarası sülhə çox qiymətli töhfə verir.

Sputnik Azərbaycan bildirir ki, Prezidentin təbrikini Kremlin mətbuat xidməti yayıb.

Rusiyanın dövlət başçısı qeyd edib ki, orucluq bayramı özündə xüsusi mənəvi yük daşıyır, əsrlər boyu onu qeyd edənlər tək cani-dildən dua oxumaqla kifayətlənmir, eyni zamanda köməyə ehtiyacı olanlara da diqqət göstərirlər.

“Qeyd edim ki, Rusiyadakı islam davamçıları ata-babalarının tarixi, mədəni, dini ənənələrinə dərin hörmətlə yanaşır və bu hörməti böyüməkdə olan nəslə də aşılayırlar. Rusiyanın müsəlman icması ölkənin həyatında aktiv iştirak edir, millətlərarası sülhə, cəmiyyətdə vətəndaş həmrəyliyinə, ailə institutunun möhkəmlənməsinə, gənclərin tərbiyəsinə çox qiymətli töhfə verir”, - Putinin təbrikində deyilir.

O qeyd edib ki, bu gün, təhlükəli xəstəliyin yayıldığı dövrdə, müsəlman icmasının, dini təşkilatların, ölkənin bütün müsəlmanlarının humanitar, xeyirpərvər missiyası olduqca dəyərlidir və insanların həyatını, sağlamlığını qorumağa xidmət edir.

0
Sputnik.az