Rus turistlər üçün buna hazırıq - Çavuşoğlu

DÜNYA
17:07 / 24.05.2020
1348

Türkiyə koronavirus pandemiyası səbəbiylə kəsilən müntəzəm uçuşların bərpa olunmasına qədər Rusiya və Almaniyadan gələn turistlər üçün çarter reysləri təşkil etməyə hazırdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hətta müntəzəm uçuşların bərpa olunmasa belə, biz bu ölkələrdən gələn turistlər üçün çarter reysləri təşkil etməyə hazırıq. Biz evdən çıxdıqları vaxtdan evə getdikləri vaxta qədər turistlərin təhlükəsizliyini üzərimizə götürürük”, - Çavuşoğlu bildirib.

0
Axar.az