Virus Trampın yolunu bağlayır: “Seçki saxtalaşdırıla bilər”

DÜNYA
13:25 / 25.05.2020
1107

"ABŞ-da poçt vasitəsilə səsvermə tərəfdarları vətəndaşların koronavirus pandemiyasından qorunması adı altında qarşıdan gələn prezident seçkilərini saxtalaşdırmağa çalışırlar".

Cebhe.info-nun məlumatına görə, ABŞ Prezidenti Donald Tramp belə açıqlama ilə çıxış edib. Ağ Evin rəhbəri bildirib ki, ABŞ poçtla səsverməyə tamamilə keçə bilmir.

"O halda insanlar poçt qutularından bülletenləri götürə, minlərlə saxta ad yaza, adları və imzaları saxtalaşdıra bilərlər",- Trump öz "Twitter" hesabında belə yazıb.

Qeyd edək ki, səsvermə proseduru hər bir ştatın hökuməti tərəfindən fərdi qaydada təsdiqlənir. Bəzilərində bu, yalnız poçtla, bir neçə ştatda şəxsən həyata keçirilir. Əksər hallarda hər iki üsula icazə verilir. Bir sıra ştatlar artıq poçtla səsvermənin genişləndirilməsini müdafiə edərək bunun koronavirus pandemiyası şəraitində daha yaxşı olacağını qeyd edib.

Nəzəri baxımdan, poçt vasitəsilə səsvermə seçkilərə qatılanların sayını artıra bilər. Ancaq bu, respublikaçılar üçün əlverişli deyil. Çünki ümumi qiymətləndirməyə görə, ölkədə demokrat seçicilər daha çoxdur.

0