Tibb işçiləri etiraza qalxdı: Maskalı və əlcəkli aksiya

DÜNYA
10:20 / 26.05.2020
1507

Koronavirusun çox olduğu İspaniyanın Madrid şəhərində səhiyyə işçiləri iş şəraitinə etiraz ediblər.

HİT.Az Cebhe.info-ya istinadla xəbər verir ki, dünən axşam saatlarında qısa müddətlik işə fasilə verən işçilər xəstəxanaların önündə etiraz ediblər. İşçilər həmçinin koronavirus səbəbi ilə ölənlərin xatirəsini 2 dəqiqəlik sükutla yad ediblər.

Aksiyaya çıxan tibb işçilərinin maska və əlcək taxmaları, həmçinin sosial məsafəni qoruması diqqət çəkib. Qeyd edək ki, ölkədə 50 mindən çox səhiyyə işçisi koronavirusa yoluxub, onlardan 76-sı həyatını itirib.

0